13
Dənizdən çıxan vəhşi heyvan
1 * Dan. 7:3-6; Vəhy 17:3,7-12Dənizdən çıxan on buynuzlu və yeddi başlı bir vəhşi heyvan gördüm. Onun buynuzlarının üstündə on kiçik tac var idi, başlarının üzərində isə küfr olan adlar yazılmışdı. 2 Gördüyüm vəhşi heyvan bəbirə oxşayırdı. Onun ayaqları ayı ayaqları kimi, ağzı da aslan ağzı kimi idi. Əjdaha ona öz gücünü, taxtını və böyük səlahiyyət verdi. 3 Vəhşi heyvanın başlarından biri sanki ölümcül yaralanmışdı, ancaq o, ölümcül yarasından sağaldı. Bütün yer üzü heyrət içində vəhşi heyvanın ardınca getdi. 4 Əjdahaya səcdə etdilər, çünki vəhşi heyvana səlahiyyət verən o idi. Həmçinin vəhşi heyvana səcdə edib dedilər: «Kim bu vəhşi heyvana tay olar və onunla döyüşə bilər?»
5 * Dan. 7:8,25; 11:36Vəhşi heyvana lovğa və küfr danışan bir ağız da verildi. Həm də ona səlahiyyətini qırx iki ay icra etmək izni verildi. 6 O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, həmçinin məskəninə, yəni göydə məskən salanlara küfr söyləsin. 7 * Dan. 7:21Ona izin verildi ki, müqəddəslərlə döyüşüb onlara qalib gəlsin. Həmçinin ona bütün tayfalar, xalqlar, dillər və millətlər üzərində səlahiyyət verildi. 8 * Zəb. 69:28Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək.
9 Kimin qulağı var, qoy eşitsin.
10 * Yer. 15:2; 43:11Kim əsir olmalıdırsa,
Əsirliyə gedir,
Kim qılıncla öldürülməlidirsə,
Qılıncla öldürülür.* Kim qılıncla … öldürülür – bəzi əlyazmalarda Kim başqalarını qılıncla öldürürsə, Özü də qılıncla öldürülməlidir.
Gərək müqəddəslərin dözümü və imanı olsun.
Yerdən çıxan vəhşi heyvan
11 Mən yerdən çıxan başqa bir vəhşi heyvan da gördüm. Onun quzu buynuzuna oxşayan iki buynuzu var idi, amma əjdaha kimi danışırdı. 12 O, birinci vəhşi heyvanın bütün səlahiyyətini onun önündə icra edir, yer üzünü və orada yaşayanları ölümcül yarasından sağalan həmin vəhşi heyvana səcdə etməyə məcbur edir. 13 İkinci vəhşi heyvan böyük əlamətlər göstərir, hətta insanların önündə göydən yerə od yağdırır. 14 Birinci vəhşi heyvanın önündə göstərilməsinə izin verilmiş əlamətlərlə yer üzündə yaşayanları aldadaraq onlara deyir ki, qılıncla yaralanan, amma sağ qalan həmin vəhşi heyvanın surətini yaratsınlar. 15 Ona həmin vəhşi heyvanın surətinə nəfəs vermək qüdrəti verildi ki, bu surət də danışsın və ona səcdə etməyən hər kəsin öldürülməsini əmr etsin. 16 İkinci vəhşi heyvan hamını – böyükləri və kiçikləri, varlıları və yoxsulları, azadları və qulları məcbur edir ki, sağ əlləri yaxud alınları damğalansın. 17 Beləcə bu damğanı, yəni həmin vəhşi heyvanın adını ya da adını təmsil edən sayı daşımayan bir kəsə alıb-satmağa icazə verilmir. 18 Bu işdə müdrik olmaq lazımdır. Kimin ağlı var, qoy bu vəhşi heyvana məxsus sayı hesablasın, çünki bu bir insanın sayıdır. Onun sayı altı yüz altmış altıdır.
*13:1 Dan. 7:3-6; Vəhy 17:3,7-12
*13:10 Kim qılıncla … öldürülür – bəzi əlyazmalarda Kim başqalarını qılıncla öldürürsə, Özü də qılıncla öldürülməlidir.