6
İsa Öz yurdunda rədd edilir
(Mat. 13:53-58; Luka 4:16-30)
1 İsa oradan ayrılıb Öz yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi. 2 Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir? 3 Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu. 4 * Mat. 13:57; Luka 4:24; Yəh. 4:44İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar». 5 Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. 6 İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı.
On İki şagirdə verilən vəzifə
(Mat. 10:1-15; Luka 9:1-6; 10:1-12)
7 İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi. 8 * Luka 10:4-11Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər, 9 ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər. 10 İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın. 11 * Həv. 13:51Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın».* Tozunu çırpın – bəzi əlyazmalarda tozunu çırpın. Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorranın halı o şəhərin halından daha asan olacaq (Mat. 10:15). 12 Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar. 13 * Yaq. 5:14Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər.
Yəhyanın edamı
(Mat. 14:1-12; Luka 9:7-9)
14 * Mat. 16:14; Mark 8:28; Luka 9:19Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». 15 Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir». 16 Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!»
17 * Luka 3:19-20Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı 18 və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır». 19 Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi. 20 Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü,† Çaşqınlığa düşdü – bəzi əlyazmalarda çox məşğul idi. buna baxmayaraq, onu həvəslə dinləyirdi.
21 Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi. 22 Ziyafət zamanı Hirodiyanın qızı‡ Hirodiyanın qızı – bəzi əlyazmalarda Hirodun qızı Hirodiya. içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim». 23 Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». 24 Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını». 25 Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən». 26 Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi. 27 Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu 28 və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi. 29 Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.
İsa beş min nəfəri doydurur
(Mat. 14:13-21; Luka 9:10-17; Yəh. 6:1-14)
30 Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər. 31 İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar.
32 Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər. 33 Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar.§ Çatdılar – bəzi əlyazmalarda çatdılar və İsanın başına yığıldılar. 34 * Say. 27:17; 1Pad. 22:17; 2Saln. 18:16; Yez. 34:5; Zək. 10:2; Mat. 9:36İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.
35 Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir. 36 Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».** Özlərinə bir şey alıb yesinlər – bəzi əlyazmalarda özlərinə çörək alsın, çünki yeməyə bir şeyləri yoxdur. 37 Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?» 38 Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var». 39 İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar. 40 Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu. 41 İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü. 42 Hamı yeyib-doydu. 43 Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu. 44 Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi.
İsa suyun üstü ilə yeriyir
(Mat. 14:22-33; Yəh. 6:15-21)
45 Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər. 46 İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı. 47 Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı. 48 O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi†† Gecənin dördüncü növbəsi – hazırkı vaxtla səhər saat üç ilə altı arası. İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi. 49 Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar. 50 Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» 51 Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı. 52 Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.
İsa Ginesarda xəstələrə şəfa verir
(Mat. 14:34-36)
53 İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar. 54 Onlar qayıqdan düşən kimi camaat İsanı tanıdı 55 və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar. 56 İsanın getdiyi hər yerdə – kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı.
*6:4 Mat. 13:57; Luka 4:24; Yəh. 4:44
*6:11 Tozunu çırpın – bəzi əlyazmalarda tozunu çırpın. Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorranın halı o şəhərin halından daha asan olacaq (Mat. 10:15).
*6:14 Mat. 16:14; Mark 8:28; Luka 9:19
†6:20 Çaşqınlığa düşdü – bəzi əlyazmalarda çox məşğul idi.
‡6:22 Hirodiyanın qızı – bəzi əlyazmalarda Hirodun qızı Hirodiya.
§6:33 Çatdılar – bəzi əlyazmalarda çatdılar və İsanın başına yığıldılar.
*6:34 Say. 27:17; 1Pad. 22:17; 2Saln. 18:16; Yez. 34:5; Zək. 10:2; Mat. 9:36
**6:36 Özlərinə bir şey alıb yesinlər – bəzi əlyazmalarda özlərinə çörək alsın, çünki yeməyə bir şeyləri yoxdur.
††6:48 Gecənin dördüncü növbəsi – hazırkı vaxtla səhər saat üç ilə altı arası.