LUKANIN
NƏQL ETDİYİ MÜJDƏ
GİRİŞ
«Lukanın nəql etdiyi Müjdə» İsa Məsihi həm İsrailin, həm də bütün bəşəriyyətin vəd olunmuş Xilaskarı olaraq təqdim edir. Luka yazır ki, İsa «fəqirlərə müjdəni bildirmək üçün» göndərilmişdi. Bu Müjdə insan ehtiyaclarını aradan qaldırma yollarını göstərən və insanların qayğısına qalan fikirlərlə doludur. Lukanın nəql etdiyi Müjdənin xüsusi keyfiyyətlərindən biri də burada olan sevinc əhval-ruhiyyəsidir. Bu, xüsusilə, Müjdənin başlanğıcında İsanın gəlişini və sonda İsanın göyə qaldırılmasını bəyan edən fəsillərdə təsvir olunur. İsanın göyə qaldırılmasından sonra məsihçi imanının artıb-yayılması həmin müəllif tərəfindən «Həvarilərin İşləri» kitabında yazılmışdır.
Buraya daxil olan iki hissə (1-2 və 9-19-cu fəsillər) yalnız bu kitabda təsvir olunur. Onlardan biri mələklərin nəğməsi və İsa anadan olanda çobanların Onun yanına gəlməsidir. Bu hissələrə həmçinin yeniyetmə İsanın məbəddə olması, xeyirxah Samariyalı və itmiş oğul məsəlləri də daxildir.
Bu Müjdədə dua, Müqəddəs Ruhun fəaliyyəti, İsanın xidmətində qadınların rolu və Allahın günahları bağışlaması xüsusilə vurğulanır.
Kitabın məzmunu:
1:1-4 Kitabın Teofilə həsr olunması
1:5–2:52 Vəftizçi Yəhyanın və İsa Məsihin doğulması
3:1-20 Vəftizçi Yəhyanın xidməti
3:21–4:13 İsanın vəftizi və sınağa çəkilməsi
4:14–9:50 İsanın Qalileyada ictimai xidməti
9:51–19:27 Qalileyadan Yerusəlimə
19:28–23:56 Yerusəlimdəki son günlər
24:1-53 Rəbbin dirilməsi, görünməsi və göyə qaldırılması
1
Kitabın Teofilə həsr olunması
Hörmətli Teofil, çoxları aramızda baş vermiş hadisələrin tarixçəsini yazmağa cəhd göstərib. Əvvəldən bəri Kəlamı öz gözləri ilə görənlər və Ona xidmət edənlər bu hadisələri bizə nəql etdiyi kimi mən də əvvəlcədən hər şeyi diqqətlə araşdırıb bunları sənə ardıcıllıqla yazmağı münasib bildim. Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən.
Vəftizçi Yəhyanın doğulması əvvəlcədən bildirilir
Yəhudeya padşahı Hirodun dövründə Aviya bölüyündən* Aviya bölüyü – məbəd ibadətində xidmət edən kahinlərin 24 bölüyündən biri idi. Bax: 1Saln. 24:10. olan Zəkəriyyə adlı bir kahin var idi. Arvadı da Harun nəslindən idi, adı Elizavet idi. Onların hər ikisi Allahın gözündə saleh idi və Rəbbin qoyduğu əmr və qaydaların hamısına nöqsansız əməl edirdilər. Amma Elizavet sonsuz olduğuna görə onların övladı yox idi. Hər ikisinin yaşı çox idi.
Bir gün Zəkəriyyə öz bölüyünün növbəsində Allahın önündə kahinlik xidmətini icra edirdi. Rəbbin məbədinə daxil olub buxur yandırmaq üçün kahinlik adətinə görə atılan püşk ona düşdü. 10 Buxur yandırma zamanı bütün camaat məbəddən kənarda dua edirdi. 11 Bu vaxt Rəbbin bir mələyi buxur qurbangahının sağında durub Zəkəriyyəyə göründü. 12 Zəkəriyyə bunu görüb təlaşa düşdü və çox qorxdu. 13 Mələk isə ona dedi: «Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya Yəhya – ibrani dilində Rəbb lütf edir. qoy. 14 Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək. 15  * Say. 6:3Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq. 16 O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək. 17  * Mal. 4:5-6Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün İlyasın ruhu və qüdrəti ilə Rəbbin önündə gedəcək». 18 Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb». 19  * Dan. 8:16; 9:21Mələk ona cavab verdi: «Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm. 20 Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən».
21 Bu vaxt camaat Zəkəriyyəni gözləyirdi və onun məbəddə ləngiməsinə heyrət edirdi. 22 O isə məbəddən çıxıb xalqla danışa bilmədi. Onlar da Zəkəriyyənin məbəddə görüntü gördüyünü başa düşdülər. Zəkəriyyə xalqa işarə edirdi və lal olaraq qaldı.
23 Zəkəriyyə xidmət vaxtı qurtaranda evinə qayıtdı. 24 Bu vaxtdan sonra arvadı Elizavet uşağa qaldı və beş ay evindən çıxmadı. 25 O deyirdi: «Bunu mənim üçün Rəbb etdi. Bu vaxt O mənə nəzər salıb məni el arasında xəcalətdən qurtardı».
İsanın doğulması əvvəlcədən bildirilir
26  * Mat. 1:18Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, 27 Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. 28 Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». Rəbb səninlədir – bəzi əlyazmalarda Rəbb səninlədir. Sən qadınlar arasında xeyir-dualısan (Luka 1:42). 29 Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. 30 Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. 31  * Mat. 1:21Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. 32  * 2Şam. 7:12-16; Yeş. 9:7O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. 33 O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». 34 Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». 35 Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. 36 Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. 37  * Yar. 18:14Çünki Allah üçün mümkün olmayan şey yoxdur». 38 Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
Məryəmlə Elizavetin görüşü
39 O vaxt Məryəm tələsik qalxıb Yəhudanın dağlıq bölgəsindəki bir şəhərə yollandı. 40 O, Zəkəriyyənin evinə girib Elizaveti salamladı. 41 Elizavet Məryəmin salamını eşidəndə bətnindəki körpə tərpəndi. Elizavet də Müqəddəs Ruhla dolub 42 uca səslə çığırdı: «Sən qadınlar arasında xeyir-dualısan, sənin bətninin bəhrəsi də xeyir-dualıdır! 43 Bu necə oldu ki, Rəbbimin anası yanıma gəlib? 44 Bax sənin salamının səsi qulağıma çatanda bətnimdəki körpə sevinclə tərpəndi. 45 Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!»
Məryəmin həmd ilahisi
46  * 1Şam. 2:1-10Məryəm isə dedi:
47 «Qəlbim Rəbbi ucaldır,
Ruhum Xilaskarım Allaha görə şadlanır,
48 Çünki O Öz qulunun yazıq halını gördü.
Bundan sonra bütün nəsillər məni bəxtiyar sayacaq,
49 Çünki Qadir Olan mənim üçün böyük işlər etdi,
Onun adı müqəddəsdir!
50 Onun mərhəməti də nəsildən-nəslə
Ondan qorxanlara göstərilər.
51 O, qolu ilə qüdrətli işlər gördü,
Ürəklərində qürurla düşünənləri pərən-pərən saldı.
52 Hökmdarları taxtlarından endirdi,
Məzlumları yüksəltdi.
53 Acları nemətlərlə doydurdu,
Varlıları isə əliboş yola saldı.
54-55  * Yar. 17:7Rəbb qulu İsrailin imdadına çatdı,
Ata-babalarımıza vəd etdiyi kimi
İbrahimə və onun nəslinə əbədilik
Mərhəmət göstərməyi yada saldı».
56 Məryəm Elizavetin yanında üç aya yaxın qalıb evinə qayıtdı.
Vəftizçi Yəhyanın doğulması
57 Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. 58 Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. 59  * Lev. 12:3Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. 60 Körpənin anası isə dedi: «Yox, onun adı Yəhya olacaq». 61 Ona dedilər: «Axı qohumların arasında belə adı olan bir kəs yoxdur». 62 Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. 63 O, bir yazı lövhəciyi istəyib yazdı: «Onun adı Yəhyadır». Hamı heyrətə gəldi. 64 Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. 65 Qonşuların hamısı qorxuya düşdü. Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. 66 Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: «Bu körpə böyüyüb nə olacaq?» Çünki Rəbbin əli onun üzərində idi.
Zəkəriyyənin peyğəmbərliyi
67 Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:
68 «Alqış olsun İsrailin Allahı Rəbbə!
Çünki Öz xalqına nəzər salıb onları satın aldı.
69 O, qulu Davudun nəslindən
Bizə qüdrətli Xilaskar yetirdi.§ Bizə qüdrətli Xilaskar yetirdi – hərfi tərcümədə Bizə xilas buynuzunu qaldırdı.
70 Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi
71 Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi.
72 Beləcə ata-babalarımıza mərhəmət göstərib
Öz müqəddəs Əhdini xatırladı.
73 Atamız İbrahimə and içdiyi kimi
Bizə elə güc verdi ki,
74-75 Düşmənlərimizin əlindən qurtulub
Həyatımız boyu qorxmadan Rəbbin önündə
Müqəddəslik və salehliklə Ona ibadət edək.
76  * Mal. 3:1Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan,
Çünki Rəbbin önündə gedəcəksən,
Onun yolunu hazırlayacaqsan.
77 Onun xalqına günahlarının bağışlanması ilə
Xilas olunmaları barədə bildirəcəksən.
78  * Yeş. 9:2Axı Allahımızın ürəyi mərhəmətlidir,
Onun bu mərhəmətinə görə
Ucalarda bizim üçün Günəş** Günəş – yəni Məsih. doğacaq ki,
79 Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın,
Ayaqlarımızı sülh yoluna yönəltsin».
80 Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.

*1:5 Aviya bölüyü – məbəd ibadətində xidmət edən kahinlərin 24 bölüyündən biri idi. Bax: 1Saln. 24:10.

1:13 Yəhya – ibrani dilində Rəbb lütf edir.

*1:15 Say. 6:3

*1:17 Mal. 4:5-6

*1:19 Dan. 8:16; 9:21

*1:26 Mat. 1:18

1:28 Rəbb səninlədir – bəzi əlyazmalarda Rəbb səninlədir. Sən qadınlar arasında xeyir-dualısan (Luka 1:42).

*1:31 Mat. 1:21

*1:32 2Şam. 7:12-16; Yeş. 9:7

*1:37 Yar. 18:14

*1:46 1Şam. 2:1-10

*1:54-55 Yar. 17:7

*1:59 Lev. 12:3

§1:69 Bizə qüdrətli Xilaskar yetirdi – hərfi tərcümədə Bizə xilas buynuzunu qaldırdı.

*1:76 Mal. 3:1

*1:78 Yeş. 9:2

**1:78 Günəş – yəni Məsih.