23
Sur şəhəri barəsində görüntü
* Yez. 26:1–28:19; Yoel 3:4-8; Amos 1:9-10; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14 Sur barəsində xəbərdarlıq:
Ey Tarşiş gəmiləri, fəryad edin,
Çünki Sur şəhəri evləri ilə, limanları ilə birlikdə dağıldı,
Kittim torpağından onlara xəbər gəldi.
 
Ey sahil sakinləri, dənizçilərin sayəsində varlanan Sidon tacirləri, susun!
Şixorun taxılı, Nilin məhsulu
Dəniz yolundan gələn gəliriniz idi.
Bütün şəhər millətlərin alver yeri idi!
 
Utan, ey Sidon, dəniz sahilində yerləşən qala!
Çünki dəniz belə deyir:
«Mən heç doğuş ağrısı çəkmədim, doğmadım,
Nə oğlanlar yetişdirdim, nə də qızlar böyütdüm».
Sur haqqında xəbər Misirə çatanda
Misirlilərin ürəkləri üzüləcək.
 
Ey sahil sakinləri, Tarşişə doğru gedin, fəryad edin!
Uzaq ölkələri müstəmləkə etmiş,
Əylənib keflənən sakinləri olan
Qədim şəhər bu imiş?
Taclar geyindirən Sura qarşı
Bunları kim hazırladı?
Axı bu şəhərin tacirləri şahzadə idi,
Ticarətçiləri dünyanın ən hörmətli adamları idi.
Ordular Rəbbi bunu hazırladı ki,
Hər cür gözəlliyin qürurunu qırsın,
Yer üzünün hörmətli adamlarını utandırsın.
 
10 Ey Tarşiş qızı, öz torpaqlarından Nil kimi keç,
Artıq maneçilik yoxdur.
11 Rəbb dənizin üzərinə əlini uzatdı,
Padşahlıqları titrətdi,
Kənanın istehkamlarının dağılması haqqında əmr verdi.
12 Onda Rəbb dedi:
«Ey zorlanmış bakirə Sidon qızı,
Sən bir daha sevinməyəcəksən!
Qalx, Kittimə yollan,
Amma orada da canına rahatlıq tapmayacaqsan».
 
13 Xaldey ölkəsinə bax!
O xalq artıq yoxdur.
Aşşurlular o ölkəni
Vəhşi heyvanların məskəninə döndərdi.
Onlar hücum etmək üçün qüllələri tikdi,
Sarayları dağıtdılar,
Bu diyarı viranəliyə çevirdi.
14  * Vəhy 18:17-19 Fəryad edin, ey Tarşiş gəmiləri,
Çünki istehkamınız dağılıb.
15 Bundan sonra Sur şəhəri yetmiş il ərzində bir padşahın ömrü qədər unudulacaq. Yetmiş il keçdikdən sonra Surun da başına fahişə qadın üçün bəstələdiyi nəğmədəki kimi belə gələcək:
16 «Ey unudulmuş fahişə,
Əlinə bir lira al, şəhəri dolan!
Gözəl havalar çal, çoxlu nəğmələr oxu,
Qoy səni yada salsınlar!»
17  * Vəhy 17:2; 18:3 Yetmişinci ilin sonunda Rəbb Sur şəhərini yada salacaq. Bu şəhər yenə də ticarətə başlayacaq. Dünyanın bütün padşahlıqları ilə fahişəlik edəcək. 18 Amma Surun ticarətdən gələn gəliri Rəbbə həsr olunacaq. Ticarətdən qazanılmış pullar xəzinələrə qoyulmayacaq, gizlədilməyəcək. Bu gəlir Rəbbin hüzurunda gəzən adamların yeməyini və gözəl geyimini təmin edəcək.

*23:1 Yez. 26:128:19; Yoel 3:4-8; Amos 1:9-10; Zək. 9:2-4; Mat. 11:20-22; Luka 10:13-14

*23:14 Vəhy 18:17-19

*23:17 Vəhy 17:2; 18:3