20
Allahın On Əmri
(Qanun. 5:1-21)
Allah bütün bu sözləri belə söylədi: «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.
Məndən başqa allahların olmasın.
* Çıx. 34:17; Lev. 19:4; 26:1; Qanun. 4:15-18; 27:15 Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. * Çıx. 34:6-7; Say. 14:18; Qanun. 7:9-10 Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.
* Lev. 19:12 Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.
* Çıx. 16:23-30; 31:12-14 Şənbə gününü yadda saxlayıb təqdis et. * Çıx. 23:12; 31:15; 34:21; 35:2; Lev. 23:3 Altı gün çalışıb bütün işlərini gör. 10 Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. 11  * Yar. 2:1-3; Çıx. 31:17 Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı.
12  * Qanun. 27:16; Mat. 15:4; 19:19; Mark 7:10; 10:19; Luka 18:20; Ef. 6:2 * Ef. 6:3 Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun.
13  * Yar. 9:6; Lev. 24:17; Mat. 5:21; 19:18; Mark 10:19; Luka 18:20; Rom. 13:9; Yaq. 2:11 Qətl etmə.
14  * Lev. 20:10; Mat. 5:27; 19:18; Mark 10:19; Luka 18:20; Rom. 13:9; Yaq. 2:11 Zina etmə.
15  * Lev. 19:11; Mat. 19:18; Mark 10:19; Luka 18:20; Rom. 13:9 Oğurluq etmə.
16  * Çıx. 23:1; Mat. 19:18; Mark 10:19; Luka 18:20 Heç kimə qarşı yalandan şahidlik etmə.
17  * Rom. 7:7; 13:9 Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma».
Xalqın qorxusu
(Qanun. 5:22-33)
18  * İbr. 12:18-19 Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. 19 Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik». 20 Musa xalqa dedi: «Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun». 21 Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı.
Qurbangah haqqında
22  * İbr. 12:25 Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Siz gördünüz ki, Mən sizinlə göylərdən danışdım. 23 Mənimlə yanaşı olan başqa allahlar düzəltməyin, özünüz üçün qızıldan və gümüşdən allahlar düzəltməyin. 24 Mənim üçün torpaqdan qurbangah düzəldib yandırma və ünsiyyət qurbanları olaraq öz qoyun-keçi və mal-qaranı onun üstündə qurban gətir. Adım çəkilən hər yerdə yanına gəlib sənə bərəkət verəcəyəm. 25  * Qanun. 27:5-7; Yeşua 8:31 Əgər Mənim üçün daşdan qurbangah düzəltsən, yonma daşdan tikmə, çünki onun üzərində alətlə işləsən, onu murdar edərsən. 26 Ayıbın açılmamaq üçün Mənim qurbangahıma pilləkənlə çıxma”.

*20:4 Çıx. 34:17; Lev. 19:4; 26:1; Qanun. 4:15-18; 27:15

*20:5 Çıx. 34:6-7; Say. 14:18; Qanun. 7:9-10

*20:7 Lev. 19:12

*20:8 Çıx. 16:23-30; 31:12-14

*20:9 Çıx. 23:12; 31:15; 34:21; 35:2; Lev. 23:3

*20:11 Yar. 2:1-3; Çıx. 31:17

*20:12 Qanun. 27:16; Mat. 15:4; 19:19; Mark 7:10; 10:19; Luka 18:20; Ef. 6:2

*20:12 Ef. 6:3

*20:13 Yar. 9:6; Lev. 24:17; Mat. 5:21; 19:18; Mark 10:19; Luka 18:20; Rom. 13:9; Yaq. 2:11

*20:14 Lev. 20:10; Mat. 5:27; 19:18; Mark 10:19; Luka 18:20; Rom. 13:9; Yaq. 2:11

*20:15 Lev. 19:11; Mat. 19:18; Mark 10:19; Luka 18:20; Rom. 13:9

*20:16 Çıx. 23:1; Mat. 19:18; Mark 10:19; Luka 18:20

*20:17 Rom. 7:7; 13:9

*20:18 İbr. 12:18-19

*20:22 İbr. 12:25

*20:25 Qanun. 27:5-7; Yeşua 8:31