80
Məzmur 80
Musiqi rəhbəri üçün. Asəfin «Şoşannim» üstə oxunan şəhadət məzmuru.
* Çıx. 25:22 Ey İsrailin Çobanı,
Yusif nəslinə sürü kimi Baxan, qulaq as!
Ey keruvlar üstündə Oturan, nurunu saç!
Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə
Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
Ey Allah, bizi əvvəlki halımıza qaytar,
Üzündən nur saçıb bizi qurtar!
 
Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan
Xalqının duasından qəzəblənəcəksən?
Onlara çörək yerinə göz yaşı yedirdin,
Onlara bolluca göz yaşı içirdin.
Qonşularımızla bizi çəkişməyə vadar etdin,
Düşmən bizi ələ salıb gülür.
 
Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,
Üzündən nur saçıb bizi qurtar!
 
Misirdən tənək fidanı gətirərək
Qovduğun millətlərin torpağında əkdin.
Bunun üçün sahə hazırlamışdın,
Tənək rişələnib ölkəni bürüdü.
10 Budaqları dağlara,
Böyük sidr ağaclarına kölgə saldı.
11 Dənizə qədər qol-budaq atdı,
Zoğ atıb Fərat çayına çatdı.
12 Bəs niyə ətrafdakı hasarını uçurdun?
Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,
13 Tənəyi meşənin qabanları korlayır,
Onu çöl heyvanları çeynəyir.
 
14 Ey Ordular Allahı, dön, göydən bax,
Bu tənəyi gör, qayğısına qal.
15 Axı bu fidanı sağ əlinlə əkmisən,
Kökünə* Kökünə – yaxud oğula. qüvvət vermisən.
16 Tənəyini kəsib yandıranlar
Qəzəbli məzəmmətinlə qoy yox olsunlar!
17 Sənin əlin, sağ əlin Öz seçdiyin adamı –
Qüvvət verdiyin bəşər oğlunu qorusun.
18 Qoy Səndən dönüb ayrılmayaq,
Bizi elə yaşat ki, ismini çağıraq.
 
19 Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,
Üzündən nur saçıb bizi qurtar!

*80:1 Çıx. 25:22

*80:15 Kökünə – yaxud oğula.