29
Məzmur 29
Davudun məzmuru.
1 * 1Saln. 16:29; Zəb. 96:7-9 Ey ilahi varlıqlar, Rəbbə verin –
İzzəti, qüdrəti Rəbbə verin!
2 Adına layiq olan izzəti Rəbbə verin,
Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!
3 Rəbbin səsi suların üzərindədir,
Ehtişam Allahı gurlayar,
Rəbb ümman suların üzərindədir.
4 Rəbbin səsi qüdrətlidir,
Rəbbin səsi əzəmətlidir,
5 Rəbbin səsi sidr ağaclarını sındırar,
Rəbb Livan sidrlərini qırar.
6 Livan dağlarını dana kimi,
Siryon dağını çöl buğası kimi tullandırar.
7 Rəbbin səsi şimşəkləri çaxdırar,
8 Rəbbin səsi çölləri lərzəyə salar,
Rəbb Qadeş çölünü lərzəyə salar.
9 Rəbbin səsi maralları doğuzdurar,* Maralları doğuzdurar – yaxud palıdların qol-budaqlarını qırar.
Rəbbin səsi meşələri çılpaq qoyar.
Məbədində hamı deyər:
«Ehtişamlısan!»
10 Rəbb daşan sular üstündəki taxtında oturub,
O, əbədi Padşahdır, taxtında oturub.
11 Rəbb Öz xalqına qüvvət verir,
O, xalqına firavanlıq və bərəkət verir.
*29:1 1Saln. 16:29; Zəb. 96:7-9
*29:9 Maralları doğuzdurar – yaxud palıdların qol-budaqlarını qırar.