21
Arad şəhərinin yox edilməsi
* Say. 33:40 Negevdə yaşayan Kənanlı Arad padşahı İsrail övladlarının Atarim yolundan keçdiyini eşitdi. O, İsrail övladları ilə vuruşaraq bir neçə nəfəri əsir tutdu. İsrail övladları Rəbbə əhd edib dedilər: «Əgər, həqiqətən, bu xalqı bizə təslim etsən, o zaman onların şəhərlərini tamamilə yox edəcəyik». Rəbb İsraillilərin səsini eşitdi. Kənanlıları onlara təslim etdi. İsraillilər də onları və şəhərlərini tamamilə yox etdilər və beləliklə, o yerin adı Xorma * Xorma – ibrani dilində tamamilə yox etmək. qoyuldu.
Tunc ilan
* Qanun. 2:1 Xalq Hor dağını tərk edib Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan keçdi. Yolda onların səbri tükəndi. * 1Kor. 10:9 Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik».
O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü. Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı. Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın». * 2Pad. 18:4; Yəh. 3:14 Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı.
Moav səfəri
10 İsrail övladları yola düşüb Ovotda düşərgə saldılar. 11 Ovotdan köç edib Moavın şərqindəki səhrada İye-Avarimdə dayandılar. 12 Oradan da yola düşdülər və Zered vadisində dayandılar. 13 Oradan da yola düşüb Emorluların sərhədindən başlanan səhradakı Arnon dərəsinin o tayında dayandılar, çünki Arnon dərəsi Moavlılarla Emorlular arasındakı sərhəddir. 14 Bu barədə «Rəbbin Döyüşləri» kitabında yazılmışdır:
«Sufada olan Vahev və vadilər, Arnon,
15 Arın məskəninə uzanıb
Moav sərhədinə çatan vadilərin yamacları…»
16 Oradan Beerə Beer – ibrani dilində quyu. yola düşdülər; Rəbbin Musaya «xalqı topla, onlara su verəcəyəm» dediyi quyu budur. 17 O zaman İsrail övladları bu nəğməni oxudular:
«Ey quyu, suların fışqırsın,
Ona nəğmə oxuyun,
18 O quyu ki onu başçıların açdı,
Xalqın əsilzadələri
Əsa ilə, dəyənəklə qazdı».
Sonra səhradan Mattanaya yollandılar. 19 Mattanadan Naxalielə, Naxalieldən Bamota, 20 Bamotdan isə Moav torpağında olan dərəyə, çölə baxan Pisqa dağının yamaclarına getdilər.
Padşah Sixonun və padşah Oqun məğlub olması
(Qanun. 2:26–3:11)
21 İsrail Emorluların padşahı Sixona qasidlər göndərib dedi: 22 «Rica edirəm, sənin torpağından keçmək üçün bizə izin verəsən. Nə tarlaya, nə də bağa girəcəyik. Quyularının suyundan belə, içməyəcəyik. Sənin sərhədindən keçənədək yalnız padşah yolu ilə gedəcəyik».
23 Lakin Sixon İsraili öz sərhədlərindən buraxmayaraq bütün ordusunu topladı və İsrail övladları ilə vuruşmaq üçün səhraya çıxdı. Yahsaya çatanda İsraillilərə hücum etdi. 24 İsrail övladları onu qılıncdan keçirdilər, Arnondan Yabboqa və Ammonluların sərhədinə qədər uzanan torpaqlarını aldılar. Çünki Ammon sərhədinin möhkəm istehkamı var. 25 İsrail övladları bu şəhərlərin hamısını ələ keçirdilər. Xeşbon və ətrafındakı qəsəbələr daxil olmaqla Emorluların bütün şəhərlərinə yerləşdilər. 26 Çünki Xeşbon Emorluların padşahı Sixonun şəhəri idi. Sixon Moavın əvvəlki padşahı ilə döyüşmüş və Arnona qədər uzanan bütün torpaqlarını ələ keçirmişdi.
27 Bunun üçün şairlər belə deyirlər:
«Xeşbona gəlin;
Qoy yenidən qurulsun,
Sixonun şəhəri bərpa edilsin.
28  * Yer. 48:45-46 Çünki Xeşbondan atəş,
Sixonun şəhərindən alov çıxdı;
Moavın Ar şəhərini,
Arnonun təpələrinin başçılarını
Yandırıb məhv etdi.
29 Vay halına, ey Moav!
Ey Kemoşun xalqı, yox oldun!
Kemoş övladları Emorluların padşahı Sixonun qarşısından qaçdı,
Qızları əsir aparıldı.
30 Lakin biz onları məğlub etdik,
Xeşbondan Divona qədər məhv oldular,
Medvaya uzanan Nofahadək
Hər tərəfi viran etdik».
31 İsraillilər Emorluların torpağında məskunlaşdı. 32 Musa Yazeri nəzərdən keçirmək üçün adamlar göndərdi. İsrail övladları ətraf qəsəbələri ələ keçirərək orada yaşayan Emorluları qovdular.
33 Sonra istiqaməti dəyişib Başana yollandılar. Başan padşahı Oq bütün ordusu ilə birlikdə Edreidə onlarla döyüşə çıxdı. 34 Rəbb Musaya dedi: «Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir». 35 İsraillilər onu, övladlarını və bütün xalqını bir nəfər qalmayana qədər qırdılar və torpağını ələ keçirdilər.

*21:1 Say. 33:40

*21:3 Xorma – ibrani dilində tamamilə yox etmək.

*21:4 Qanun. 2:1

*21:5 1Kor. 10:9

*21:9 2Pad. 18:4; Yəh. 3:14

21:16 Beer – ibrani dilində quyu.

*21:28 Yer. 48:45-46