9
Kor adamın sağalması
İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü. Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?» İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu. Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik.* Görməliyik – bəzi əlyazmalarda görməliyəm. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz. * Mat. 5:14; Yəh. 8:12Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm». Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü. Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı. Qonşuları və əvvəllər onu bir dilənçi kimi Bir dilənçi kimi – bəzi əlyazmalarda kor olanda. tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?» Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi. 10 Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular. 11 O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı». 12 Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.
Fariseylərin istintaqı
13 Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar. 14 İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi. 15 Fariseylər o adamdan gözlərinin necə açıldığını soruşdular. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də yuyundum və indi görürəm». 16 Onda fariseylərdən bəzisi dedi: «Bu Adam Allahdan gəlməyib, çünki Şənbə gününə riayət etmir». Başqaları isə dedi: «Günahkar adam belə əlamətləri necə göstərə bilər?» Onların arasında fikir ayrılığı düşdü. 17 Onda yenə kor adamdan soruşdular: «Bəs sən bu Adam barədə nə deyirsən? Axı O sənin gözlərini açdı». Kor adam «O, peyğəmbərdir» dedi.
18 Yəhudi başçıları gözləri açılmış adamın ata-anasını çağırmayınca onun kor olub gözləri açıldığına inanmadılar. 19 Ata-anasından soruşdular: «Kor doğulduğunu söylədiyiniz oğlunuz budurmu? Elə isə necə olur ki, indi görür?» 20 Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və kor doğulub. 21 Ancaq bilmirik ki, indi necə görür ya gözlərini kim açıb. Özündən soruşun. Həddi-büluğa çatıb, qoy özü barədə özü danışsın». 22 Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu iqrar edən hər kəs sinaqoqdan qovulsun. 23 Buna görə də o adamın ata-anası «həddi-büluğa çatıb, özündən soruşun» dedi.
24 Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik». 25 O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm». 26 Ondan soruşdular: «O sənə nə etdi? Gözlərini necə açdı?» 27 Onlara cavab verdi: «İndicə sizə söylədim, amma qulaq asmadınız. Niyə bunu yenə eşitmək istəyirsiniz? Bəlkə siz də Onun şagirdi olmaq istəyirsiniz?» 28 Onu söyüb dedilər: «Onun şagirdi sənsən, bizsə Musanın şagirdləriyik. 29 Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamınsa haradan gəldiyini bilmirik». 30 O adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim gözlərimi açdı. 31 Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin mömin olub Allahın iradəsinə əməl edən adama Allah qulaq asır. 32 Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. 33 Əgər bu Adam Allahdan gəlməsəydi, heç nə edə bilməzdi». 34 Onlar o adama cavab verdilər: «Başdan-ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar.
Ruhani korluq
35 O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna Bəşər Oğluna – bəzi əlyazmalarda Allahın Oğluna. iman edirsənmi?» 36 O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?» 37 İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur». 38 O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi. 39 İsa dedi: «Mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlərsə kor olsun».
40 Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib «Yoxsa biz də koruq?» deyə Ondan soruşdular. 41 İsa onlara dedi: «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdə qalır.

*9:4 Görməliyik – bəzi əlyazmalarda görməliyəm.

*9:5 Mat. 5:14; Yəh. 8:12

9:8 Bir dilənçi kimi – bəzi əlyazmalarda kor olanda.

9:35 Bəşər Oğluna – bəzi əlyazmalarda Allahın Oğluna.