14
Qadağan olan matəm ənənəsi
* Lev. 19:28; 21:5 Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın. * Çıx. 19:5-6; Qanun. 4:20; 7:6; 26:18; Titə 2:14; 1Pet. 2:9 Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi.
Əti yeyilən və yeyilməyən heyvanlar
(Lev. 11:1-47)
Murdar şeylər yeməyin. Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi, maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu. Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz. Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır. Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun.
Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz. 10 Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin.
11 Bütün pak quşların ətindən yeyə bilərsiniz. 12 Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş, 13 çalağan, şahin, bütün çalağan cinsindən olanlar, 14 bütün qarğa cinsindən olanlar, 15 dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar, 16 yapalaq, böyük bayquş, ağ bayquş, 17 qutan, leş kərkəsi, qarabatdaq, 18 leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa. 19 Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin. 20 Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz.
21  * Çıx. 23:19; 34:26 Ölü halda tapılan heyvan ətindən yeməyin. Şəhərinizdə olan əcnəbiyə verə bilərsiniz ki, yesin yaxud da yadellilərə sata bilərsiniz. Siz isə Allahın müqəddəs xalqısınız. Oğlağı anasının südündə bişirməyin.
Ondabir hissəyə aid qayda
22  * Lev. 27:30-33; Say. 18:21 İlbəil tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın. 23 Daim Allahınız Rəbdən qorxmağı öyrənmək üçün taxılınızın, təzə şərabınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qaranızın, qoyun-keçilərinizin ilk balalarını Allahınız Rəbbin qarşısında, Öz isminə məskən seçdiyi yerdə yeyin. 24 Allahınız Rəbbin Öz isminə məskən seçdiyi yer sizdən çox uzaqdadırsa, Allahınız Rəbbin sizə bərəkət verdiyi məhsulların onda bir hissəsini siz oraya apara bilməyəcək qədər yol uzundursa, 25 o zaman bunları satıb pula çevirin və bu pulu götürüb Allahınız Rəbbin seçəcəyi yerə gedin. 26 Pulu ürəyiniz istəyəni almağa sərf edin: mal-qara, qoyun-keçi, şərab, başqa kefləndirici içki – ürəyiniz nə istəyirsə, alın. Siz və külfətiniz orada Allahınız Rəbbin qarşısında yeyib sevinin. 27 Şəhərlərinizdə yaşayan Levililərə etinasız yanaşmayın, çünki onların sizinlə birgə payı və irsi torpağı yoxdur.
28 Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın. 29 Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin.

*14:1 Lev. 19:28; 21:5

*14:2 Çıx. 19:5-6; Qanun. 4:20; 7:6; 26:18; Titə 2:14; 1Pet. 2:9

*14:21 Çıx. 23:19; 34:26

*14:22 Lev. 27:30-33; Say. 18:21