5
Allahın Oğluna iman
1 İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub. Doğanı sevən ondan doğulanı da sevir. 2 Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik. 3 * Yəh. 14:15Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil. 4 Çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır. 5 Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, İsanın Allahın Oğlu olmasına inanan!
6 Su və qanla gələn Şəxs həmin İsa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir. 7 Bəli, üç şahid var: 8 Ruh, su və qan.* Bəli, üç şahid var: 8 Ruh, su və qan – yunan dilində ilk nəşr olunan mətndə və bəzi tərcümələrdə Bəli, göydə üç şahid var: Ata, Kəlam və Müqəddəs Ruh; bunların üçü də birdir. 8 Yerdə də üç şahid var: Ruh, su və qan. Bunların üçü də bir-birinə uyğun gəlir. 9 Biz insanların şəhadətini qəbul edirik, amma Allahın şəhadəti bundan üstündür. Çünki bu, Allahın şəhadətidir; O Öz Oğlu barədə şəhadət edib. 10 Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb. 11 * Yəh. 3:36Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır. 12 Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur.
Əbədi həyat
13 Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.† Biləsiniz – bəzi əlyazmalarda biləsiniz və Allahın Oğlunun adına inanasınız. 14 Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir. 15 Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alırıq.
16 Əgər bir kəs qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy Allahdan onun sağ qalmasını diləsin və beləcə ona – ölümə aparmayan günah edən kəsə həyat versin. Ölümə aparan günah da var. Demirəm ki, bu barədə Allahdan istəsin. 17 Hər cür haqsızlıq günahdır, amma ölümə aparmayan günah da var.
18 Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir. 19 Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır. 20 Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur.
21 Ey övladlar, özünüzü bütlərdən qoruyun!
*5:8 Bəli, üç şahid var: 8 Ruh, su və qan – yunan dilində ilk nəşr olunan mətndə və bəzi tərcümələrdə Bəli, göydə üç şahid var: Ata, Kəlam və Müqəddəs Ruh; bunların üçü də birdir. 8 Yerdə də üç şahid var: Ruh, su və qan.
†5:13 Biləsiniz – bəzi əlyazmalarda biləsiniz və Allahın Oğlunun adına inanasınız.